10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Müxalifətçilər Tbilisinin mərkəzində aksiya keçiriblər
Tarix: 29-06-2025 21:02 | Bölmə: Karusel

Müxalifət üzvləri Tbilisinin mərkəzində mitinq təşkil ediblər. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Gürcüstan parlamentinin binası yaxınlığında mindən çox insan toplaşıb.
Agentliyin məlumatına görə, nümayişçilər hazırkı hakimiyyətin siyasi kursuna etiraz edirlər. Xüsusilə, onlar müxalifət liderlərinin son həbslərindən narazıdırlar, bəziləri Mixail Saakaşvilinin prezidentliyi dövründə baş vermiş cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlməkdən imtina etdiklərinə görə 7-8 ay həbs cəzası alıblar.
Etirazçılar çıxışları üçün parlament binası qarşısında səhnə quraraq, Rustaveli prospektində də nəqliyyatın hərəkətini kəsiblər. Mitinq yerində polis əməkdaşları növbə çəkir.
Qeyd olunur ki, aksiyada respublikanın keçmiş prezidenti Salome Zurabişvili də iştirak etməyi planlaşdırır.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər