10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Tramp TikTok-un yeni sahiblərini “çox zəngin insanlar” adlandırıb
Tarix: 29-06-2025 20:43 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Tramp iyunun 29-da bildirib ki, iki həftədən sonra Çinin ByteDance şirkətinə məxsus TikTok sosial şəbəkəsinin Amerika biznesinin alıcılarını elan edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evin rəhbəri dəqiqləşdirib ki, söhbət “çox zəngin insanlar qrupu”ndan gedir.
Amerika lideri bunu "Fox News" telekanalına müsahibəsində deyib
Sosial şəbəkənin Amerika biznesinin alıcıları ilə bağlı sualı cavablandıran Tramp “iki həftədən sonra sizə deyəcəm” deyib.
Ağ Evin rəhbəri alıcıların konkret adlarını açıqlamayıb, lakin onların “çox zəngin insanlar qrupu” olduğunu qeyd edib.
İyunun əvvəlində Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ administrasiyası jurnalist Taker Karlsonu TikTok-a potensial investorlardan biri kimi nəzərdən keçirir. Materialdan məlum olduğu kimi, ABŞ-ın vitse-prezidenti J.D.Vens onu mümkün investorlar siyahısına daxil etməyi təklif edib.
Eyni zamanda, qəzetə verdiyi şərhdə Karlsonun özü bu layihədə mümkün iştirakı barədə heç nə bilmədiyini bildirib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər