10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Qətl törətmiş 6 azərbaycanlı barəsində məhkəmə qərar verəcək
Tarix: 29-06-2025 11:30 | Bölmə: Karusel

Bazar günü, iyunun 29-da, Moskva vaxtı ilə saat 9:00-da Yekaterinburqun Leninski Rayon Məhkəməsi əvvəlki illərdə qətl törətməkdə təqsirləndirilən altı müttəhimin həbs-qətimkan tədbirinə baxmağa başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl, iyunun 28-də Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda bir sıra qətllər və qəsdən adam öldürməyə cəhdlə əlaqəli olan "etnik cinayətkar qrup"un ifşa olunduğunu açıqlayıb.
Cinayətləri törətməkdə azərbaycanlıların şübhəli bilindiyi daha əvvəl bildirilmişdi. Onlar iyunun 27-də yaşadıqları yerlərdə keçirilən reydlər zamanı saxlanılıblar. Sosial şəbəkələrdə iki qardaş Hüseyn və Ziyaldin Səfərovların saxlanma zamanı öldüyü, daha 8 nəfərin yaralandığı bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni qəbuledilməz zorakılıq aktı adlandırıb və vətəndaşlarının ölümü ilə bağlı narahatlığını bildirib. Rusiyalı diplomat Pyotr Volokov da şöbəyə çağırılıb və o, Bakıya lazımi izahat verib.
Sverdlovsk vilayəti məhkəməsindən RİA Novosti-yə verilən məlumata görə, saxlanılan şəxslər “bir qrup şəxs tərəfindən törədilmiş qətl”də ittiham olunurlar.
Bir neçə şübhəli artıq etiraf edib və istintaqla əməkdaşlıq edir. Təqsirləndirilən şəxslərin yaşayış yerlərində axtarışlar aparılıb. Saxlanılan şəxslərin digər cinayətlərdə də iştirakları yoxlanılır.
Ötən illərin cinayətləri ilə bağlı cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin xüsusi nəzarətindədir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər