10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Yaponiya sonuncu dəfə "H-2A" raketini uğurla buraxıb
Tarix: 28-06-2025 22:32 | Bölmə: Karusel

Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) istixana emissiyalarını izləmək üçün peyklə birlikdə "H-2A" raketini uğurla orbitə buraxıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, son buraxılış agentliyin saytında yayımlanıb.
Buraxılış "H-2A" raketi üçün 50-ci və sonuncu idi. 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərir. Qurumun Mitsubishi Heavy Industries ilə birgə hazırladığı "H3" raketinin sonrakı buraxılışlar üçün istifadə ediləcəyi bildirilir.
"H-2A" ən etibarlı raketlərdən biri hesab olunur. 50 buraxılışdan 49-u uğurlu oldu. Bu raketin bir buraxılışı ölkəyə təxminən 69 milyon dollara başa gəlir ki, bu da onun qlobal analoqlarından xeyli bahadır. "H3" raketi bu məbləği yarıbayarı azaldacaq. Bundan əlavə, onun daşıma qabiliyyəti əvvəlki modeldən 30% çoxdur.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər