10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Fetisov: "Qoy İsinbayeva öz maliyyə problemləri ilə məşğul olsun, o, Rusiyanı tərk etdi"
Tarix: 28-06-2025 21:28 | Bölmə: Karusel

Yüngül atletika üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva öz maliyyə problemləri ilə məşğul olmalıdır, çünki o, “Rusiyanı tərk edib”.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, SSRİ milli xokkey komandasının tərkibində ikiqat olimpiya çempionu, Dövlət Dumasının deputatı Vyaçeslav Fetisovun fikridir.
Bundan əvvəl Federal Vergi Xidməti (FTS) 818 min rubl vergi borcuna görə idmançının hesabları üzrə əməliyyatları dayandırıb.
"O, yetkindir - qoy öz maddi durumuna cavabdeh olsun. Bizim həqiqətən köməyə ehtiyacı olan insanlar var.O, Rusiyanı - ona Olimpiya çempionu olmaq üçün hər cür imkanı verən ölkəni tərk edəndən sonra mənim ona münasibətim dəyişdi. Onu heç kim qovmayıb - qərarını o özü verib.İndi qoy ödəsin", - Fetisov RİA Novosti ilə söhbətində deyib.
Parlamentari ictimaiyyətin “əfsanələrə o qədər də pis münasibət göstərmədiyini” və bu cür reaksiyanın yalnız İsinbayevanın öz davranışının nəticəsi olduğunu vurğulayıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər