10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Müharibədən qalma hava bombası tapılaraq zərərsizləşdirilib
Tarix: 28-06-2025 14:44 | Bölmə: Karusel

Kalininqradda Klenovaya xiyabanı və Bolşaya Okruzhnaya küçələri ərazisində qazıntı işləri zamanı Böyük Vətən Müharibəsindən qalma partlamamış FAB-50 aviabombası tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional axtarış-xilasetmə qrupunun əməkdaşları təhlükəli tapıntını təxliyə edərək sınaq meydançasında məhv ediblər.
İdarə özünün Telegram kanalında bombanın fotosunu və onun partladılma anının videosunu dərc edib.
Nəşr onu da qeyd edir ki, ilin əvvəlindən mütəxəssislər bu bölgədə artıq 26 aviabombanı məhv ediblər.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər