10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Helikopterdən piyadaların üzərinə minlərlə dollar atılıb
Tarix: 28-06-2025 14:41 | Bölmə: Karusel

Yerli mətbuat şahidlərə istinadən xəbər verir ki, ABŞ-ın Detroit şəhərində vertolyotdan minlərlə dollar nağd pul piyadaların üzərinə atılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, insanlar göydən düşən əskinasları götürməyə tələsirdilər, hadisənin baş verdiyi Qarriott küçəsində bütün altı hərəkət zolağı dayandırıldı – sürücülər pulu götürmək üçün maşınlarından düşməyə tələsirdilər.
Şahidlər pulun yağdığı yerdə “bir növ dəlilik” baş verdiyini deyirlər.
Kütləvi informasiya vasitələri göydən şəhər küçələrinə düşən pulların yaxınlıqda yerləşən və bir müddət əvvəl Alzheimer xəstəliyindən dünyasını dəyişən avtoyuma sahibinin son arzusu olduğunu irəli sürür.
Polis 30 dəqiqə sonra Qarriott küçəsinə gəlib. Hadisə şahidlərinin sözlərinə görə, hər şey döyüşsüz keçib.
Cümə günü Rusiya İstintaq Komitəsi Sankt-Peterburq rəsmisi Dmitri Koxnonun axtarış zamanı pəncərədən pul atdığını əks etdirən videonu dərc edib.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər