10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Polis yarımstansiyaları yandırmaqda şübhəli bilinir
Tarix: 28-06-2025 14:23 | Bölmə: Karusel

Voronej məhkəməsi Rusiya Daxili İşlər Nazirliyinin Cənub-Şərq Nəqliyyat İdarəsinin təxribatda şübhəli bilinən əməkdaşını həbs edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun barəsində 2025-ci il avqustun 26-dək həbs qətimkan tədbiri seçilib.
İyunun 28-də Voronej GTRK-nın verdiyi məlumata görə, Andrey Arnautov 13 il polisdə işləyib.
Qubarı kəndində elektrik yarımstansiyalarını yandırmağı planlaşdıran şəxs saxlanılıb. Dindirilmə zamanı polis günahını etiraf edib.
Məlum olub ki, Arnautov fırıldaqçılara 800 min rubl köçürüb. Fırıldaqçıların sözlərinə görə, pulu geri almaq üçün o, iyunun 27-də Povorinski rayonunun Mazurka ərazisində transformatorları yandırmalı olub.
O, tezliklə ittiham olunacaq; istintaq davam edir. Polis əməkdaşının xidmətdən uzaqlaşdırılacağı da bildirilir.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər