Bütün xəbərlər
Putin Trampı cəsarətli insan adlandırıb
Tarix: 27-06-2025 20:02 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampı cəsarətli insan adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Belarusa səfərinin yekunlarına dair mətbuat konfransı zamanı bildirib. Canlı yayımı “Rossiya 24” telekanalı həyata keçirib.
"Mən ABŞ-ın hazırkı prezidentinə böyük hörmətlə yanaşıram. O, hakimiyyətə və Ağ Evə qayıtmaq üçün çox çətin, mürəkkəb və təhlükəli yol keçib.O qədər ki, sui-qəsd cəhdindən sağ çıxıb. O, cəsarətli insandır, bu aydındır", - Putin bildirib.
Rusiya lideri əlavə edib ki, Rusiya Trampın Ukrayna münaqişəsinin həlli üzrə səylərini yüksək qiymətləndirir.
Bundan əvvəl Donald Tramp Vladimir Putinin Ukraynadakı münaqişəni həll etmək istəyinə şübhə etmədiyini bildirib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər