Bütün xəbərlər
Amfibiya təyyarəsi sərt eniş edir
Tarix: 27-06-2025 19:53 | Bölmə: Karusel

Tomsk vilayətində amfibiya təyyarəsi sərt eniş edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şəxsi uçuş zamanı baş verib.
Təyyarə Çainski rayonu yaxınlığında hazırlıqsız əraziyə enib.
Regional axtarış-xilasetmə koordinasiya mərkəzinin rəhbəri Viktor Dregerin TASS-a verdiyi məlumata görə, amfibiya təyyarəsinin pilotu təxliyə edilib. Onu Kolpaşevo şəhərinə aparıblar. "Onun vəziyyəti yaxşıdır", - xilasedici əlavə edib.
Təcili xidmətlər hadisə yerinə yola düşüb.
Qərbi Sibir Nəqliyyat Prokurorluğu aviasiya insidenti ilə bağlı araşdırma təşkil edib, nəzarət orqanının Telegram kanalı məlumat yayıb.
Öz növbəsində, Tomsk Nəqliyyat Prokurorluğu uçuşların təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrası ilə bağlı araşdırmaya başlayıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər