Bütün xəbərlər
"Zenit"in futbolçuları İsveçrənin "Sion" klubu ilə yoldaşlıq oyunu keçirəcək
Tarix: 26-06-2025 23:18 | Bölmə: Karusel

"Zenit" futbol klubu İsveçrə klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “göy-ağ-göylər”in rəqibi “Sion” klubu olacaq.
Görüşün iyulun 9-da Sankt-Peterburqda, "Qazprom Arena"da keçirilməsi planlaşdırılır.Bu barədə Sankt-Peterburq klubu Telegram-da məlumat yayıb. Qarşılaşma Moskva vaxtı ilə saat 19:00-da başlayacaq.
Bundan əvvəl "Blick" portalı "Sion"un bu matçda iştirakına görə təxminən 300 min İsveçrə frankı (320 min avro) alacağını bildirmişdi.
"Lokomotiv"in sabiq yarımmüdafiəçisi, rusiyalı futbolçu Anton Mirançuk İsveçrə klubunda çıxış edir.




Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər