Bütün xəbərlər
Polis insanların diri-diri basdırılması ilə bağlı ritualı dayandırıb
Tarix: 26-06-2025 22:52 | Bölmə: Karusel

Leninqrad vilayətinin Priozersk rayonunda asayiş keşikçiləri insanların diri-diri basdırıldığı ritualı kəsiblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “qəbirlərdə” cır-cındıra bükülmüş iki nəfər var idi.
Polis təşkilatçılardan tələb edib ki, insanları qazıb çıxarın və onların sağlam olduğundan əmin olun.
Bölgənin təhlükəsizlik orqanlarındakı mənbənin sözlərinə görə, mərasimdə təxminən 15 nəfər iştirak edib və onların hər biri “şaman” adlanan şəxsə onun keçirilməsi üçün 6 min rubldan 9 min rubla qədər pul ödəyib.
Mənbə əlavə edib ki, bu “tədbirin” təşkilatçıları saxlanılıb.



Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər