Bütün xəbərlər
Dağıstan Aqrar Universitetinin rektoru və əməkdaşları rüşvət üstündə saxlanılıb
Tarix: 25-06-2025 20:55 | Bölmə: Karusel

Dağıstanın aparıcı universitetlərindən birinin rektoru və administrasiyasının əməkdaşları universitetə daxil olmaqda köməklik göstərdiyi üçün rüşvət alarkən saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublika Daxili İşlər Nazirliyinin Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin (EPM) mütəxəssisləri tərəfindən universitetdə genişmiqyaslı cinayət sxeminin üstü açılıb. Müəyyən edilib ki, rektor və onun tabeliyində olan şəxslər qəbul və təhsillə bağlı məsələlərin həlli üçün rüşvətin alınması və köçürülməsi sistemini hazırlayıblar. Bundan başqa, şübhəlilər saxta sənədlər tərtib edərək universitetə ayrılan büdcə vəsaitlərini oğurlayıblar.
Şübhəlilər iyunun 24-də saxlanılıblar. Onların ofislərində axtarışlar aparılıb. 5 milyon rubldan çox pul, həmçinin tələbələrin izahatları aşkar edilib. Onlar “İmtahan sessiyasından keçdiyinə görə”, “Fərdi tədris planına keçidə” və ya “Oxumağa qəbul olunduğuna görə” qeyd ediblər.
Cinayət işinin başlanması məsələsi həll edilir. Toplanmış material Rusiya Federasiyasının Dağıstan Respublikası üzrə İstintaq Komitəsinə təhvil verilib, bu barədə respublika Daxili İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.
“RİA Novosti” xəbər verir ki, söhbət Cambulatov adına Dağıstan Dövlət Aqrar Universitetinin rektoru və əməkdaşlarından gedir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər