Bütün xəbərlər
"France Press": Dəməşqdə güclü partlayış eşidilib
Tarix: 24-06-2025 21:24 | Bölmə: Karusel

“Frans Press” agentliyinin məlumatına görə, Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış səsi eşidilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, partlayışın səbəbləri barədə hələlik məlumat verilmir.
"Dəməşqdə güclü partlayış eşidilib", - nəşr qeyd edir.
Eyni zamanda, "Reuters" agentliyi müxbirlərə və şahidlərə istinadən yazır ki, partlayışdan sonra şəhərin qərb kənarında tüstü görünüb.
İyunun 23-də İranın "Mehr" agentliyi yazıb ki, Suriyanın şimalındakı Həsəkədəki Amerika hərbi bazasına hücum edilib. Obyektlərə konkret kimin hücum etdiyi açıqlanmayıb. "Əl-Maalomah" xəbər agentliyi bazanın minaatanlardan atəşə tutulduğunu yazıb.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər