Bütün xəbərlər
Sankt-Peterburqda yeniyetmənin "Qələbə" pankartını cırması ilə bağlı iş açılıb
Tarix: 24-06-2025 21:05 | Bölmə: Karusel

Sankt-Peterburqda "Qələbə" bayrağını zədələyən 17 yaşlı oğlan saxlanılıb. Faktla bağlı “Hərbi şöhrət simvolunun təhqir edilməsi” maddəsi ilə cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsi öz Teleqram kanalında məlumat yayıb. Qeyd olunur ki, hadisə iyunun 22-də baş verib. İstintaqın məlumatına görə, cinayətkarlar Tankista Xrustiskoqo küçəsindəki evlərdən birində quraşdırılmış, Rusiyanın hərbi şöhrət simvolunu ləkələyən Qələbə bayrağını sökərək dağıdıblar.
Şübhəlilərdən biri yerli sakin olub. Onun evində axtarış zamanı polis zədələnmiş pankart aşkar edib. Mənzildə yeniyetmənin nasist ideologiyasına marağını göstərən əşyalar da tapılıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 3-cü hissəsi (“Hərbi şöhrət rəmzinin təhqir edilməsi”) ilə cinayət işi açılıb. Yaxın vaxtlarda saxlanılan şəxs barəsində cinayət işi açılacaq və barəsində həbs-qətimkan tədbiri seçiləcək.Şəhərin Kirovski rayon prokurorluğu araşdırmanı xüsusi nəzarətə götürüb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər