Bütün xəbərlər
İdman kollecinin baş direktorunun qətlində şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 24-06-2025 10:00 | Bölmə: Karusel

Novomoskovsk Olimpiya Ehtiyatları Kollecinin rəhbəri Aleksandr Arxipov və onun vəkili Yevgeni Aksenovun qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi, iyunun 23-də Tula vilayətinin Uzlovı rayonunda ikiqat qətl hadisəsi baş verib. Mayski kəndində yolda dayanmış avtomobildə güllə yarası almış iki kişinin cəsədi tapılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanları hadisə ilə bağlı cinayət işi açıb.
Müstəntiqlərin fikrincə, qətl Novomoskovsklı iş adamının mərhuma qaytarmaq istəmədiyi bir neçə milyon rubl borc ucbatından baş verib.
İstintaq Komitəsinin məlumatına görə, o, pul köçürmək bəhanəsi ilə zərərçəkmişlərə birlikdə maşınla Mayski kəndinə getməyi təklif edib və orada “avtomobilin arxa oturacağında olarkən vəkilin və kollecin direktorunun başına atəş açıb, sonra isə hadisə yerindən qaçıb”.
Hazırda qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaq şöbəsinə aparılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. Cinayət işinin istintaqının gedişi Rusiya İstintaq Komitəsinin Tula vilayəti üzrə istintaq idarəsinin rəisi Vladimir Usovun şəxsi nəzarəti altındadır.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər