Bütün xəbərlər
Putin: “Oreşnik” döyüşdə özünü çox yaxşı sübut etdi"
Tarix: 23-06-2025 16:54 | Bölmə: Karusel

Rusiya döyüş şəraitində özünü çox yaxşı sübut edən “Oreşnik” raket kompleksinin seriyalı istehsalına başlayır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Bu barədə hərbi ali məktəblərin məzunları ilə görüşdə bildirilib. Görüş “Rossiya 24” telekanalı tərəfindən yayımlanıb.
“Döyüş şəraitində özünü çox yaxşı sübut edən ən son “Oreşnik” orta mənzilli raket kompleksinin seriya istehsalına başlanılır”, - Putin bildirib.
İttifaq Dövlətinin Ali Dövlət Şurasının 2024-cü il dekabrın 6-da keçirilən iclasından sonra Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putindən respublikada “Oreşnik”i yerləşdirməyi xahiş etdiyini bildirib. Mayın 28-də Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib ki, “Oreşnik” 2025-ci ilin sonuna kimi respublikaya təhvil veriləcək. Onun yerləşdirilməsi üçün yerlər artıq müəyyən edilib.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər