Bütün xəbərlər
Ekspert Andrianov: "Çin Hörmüz boğazının bağlanmasından böyük zərər görəcək"
Tarix: 23-06-2025 16:18 | Bölmə: Karusel

İranın Yaxın Şərqdən neft və digər malların ixrac olunduğu Hörmüz boğazını bağlamasından Çin kifayət qədər zərər görəcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu “Rossiya 24” telekanalına eksklüziv müsahibəsində Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Valeri Andrianov deyib.
İqtisadçı qeyd edib ki, İran neftinin əsas hissəsi Çinə gedir. O qeyd edib ki, Hörmüz boğazı bağlanarsa, bundan həm Avropa ölkələri, həm də Asiya-Sakit okean regionu dövlətləri zərər görəcək.
"Eyni zamanda, Çin kifayət qədər zərər çəkəcək. Fikrimcə, Pekindən müəyyən təzyiqlər ola bilər, bu səbəbdən boğazın bağlanması ilə bağlı hələlik qəti addım atılmayıb", - Andrianov bildirib.
Bundan əvvəl İran parlamenti ABŞ-ın nüvə obyektlərinə hücumlarından sonra Hörmüz boğazının bağlanmasını zəruri hesab edib.
Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzi arasında dar dəniz yoludur və Fars körfəzindən Hind okeanına yeganə çıxış yoludur. Boğaz vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn, İraq, İran və Omandan neft və digər mallar ixrac olunur.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər