Bütün xəbərlər
Tayqan parkının sahibini vedrə və süpürgə ilə aslan qovan katibi xilas edib
Tarix: 23-06-2025 11:35 | Bölmə: Karusel

"Tayqan" safari parkının sahibi Oleq Zubkovu vedrə və süpürgə ilə şiri qovan mətbuat katibi xilas edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı Tatyana Aleksagina qəzəblənmiş yırtıcıdan qorxmayıb və hadisədən dərhal sonra mühafizəyə qaçıb. Bu barədə SHOT Telegram kanalına baytar Vasili Piskovski məlumat verib.
Şir iyunun 22-də Krımda "Tayqan" şəxsi safari parkının direktoruna yırtıcıları qidalandırarkən hücum edib. Bildirilib ki, aslan Oleq Zubkovun nəfəs borusunu, boyun əzələlərini və döş əzələsini zədələyib. Həkimlər üç saat Zubkovun həyatı üçün mübarizə aparıblar və onun vəziyyətini stabilləşdirə biliblər - qanaxmanı dayandırıb, xəsarətləri tikiblər. Hazırda kişi ağır vəziyyətdə reanimasiyadadır.
Hücum anı hadisə şahidləri tərəfindən lentə alınıb. Kadrlarda park işçisinin qanlar içində olan adama kömək etməyə tələsdiyi, şirin isə qurbanından qaçdığı görünür. Qeyd edilib ki, kişi aldığı xəsarətlərə baxmayaraq qəfəsdən özbaşına çıxa bilib, bundan sonra huşunu itirib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər