Bütün xəbərlər
Ukraynanın qaçdığı güman edilən baş nazirin müavini vətəninə qayıtdığını bildirib
Tarix: 22-06-2025 20:24 | Bölmə: Karusel

Ukrayna mətbuatında ailəsi ilə birlikdə xaricə qaçması xəbəri yayılan Ukrayna baş nazirinin müavini Aleksey Çernışov vətənə qayıtdığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çernışovun sosial şəbəkələrin birində yazdığına görə, iyunun 23-dən Nazirlər Kabinetində işə başlamağı planlaşdırır.
“Bəzi KİV-lərin sayəsində gözlənilmədən populyarlaşan çətin, lakin çox vacib ezamiyyət başa çatıb.
Bundan əvvəl Ukrayna KİV-i baş nazirin müavininin keçmiş tabeliyində olanlarla bağlı korrupsiya qalmaqalı səbəbindən Ukraynaya qayıtmaması barədə məlumat yayıb. Çernışovun həyat yoldaşı və oğlunun ölkəni tərk etdiyi də iddia edilib.
Kiyev rejiminin başçısı Vladimir Zelenski bildirib ki, baş nazirin müavini qaçmayıb, ezamiyyətdə mühüm tapşırıqları yerinə yetirir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər