Bütün xəbərlər
"Liverpul" 22 yaşlı Virtsin transferi üçün "Bayer"ə 125 milyon avro ödəyib
Tarix: 21-06-2025 12:50 | Bölmə: Karusel

"Bayer"in yarımmüdafiəçisi Florian Virts karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 22 yaşlı almaniyalı "Liverpul"la müqavilə imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Nüfuzlu “Transfermarkt” portalının məlumatına görə, “əczaçılar” futbolçunun satışından 125 milyon avro əldə ediblər.
"22 yaşlı pleymeyker şəxsi şərtləri razılaşdıraraq və tibbi müayinədən uğurla keçərək "qırmızı-qaralar"la uzunmüddətli müqavilə imzalayıb", - "Liverpul"un rəsmi saytında deyilir.
Virts 2020-ci ildə Bayerə keçdiyi Köln akademiyasının yetirməsidir. Florian Leverkuzen klubunda bütün yarışlarda 197 oyun keçirib, 57 qol vurub və 65 məhsuldar ötürmə edib.
O, Almaniya millisində də 31 oyun keçirib və 7 qol vurub.
2024/25 mövsümünün sonunda "Liverpul" rekordçu "Mançester Yunayted"i bərabərləşdirərək 20-ci dəfə İngiltərə çempionu olub.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər