Bütün xəbərlər
"Times of Israel": İsrailin mərkəzindəki ev atəşə tutulub
Tarix: 21-06-2025 12:41 | Bölmə: Karusel

“Times of Israel” xəbər verir ki, İranın atəşə tutulması nəticəsində İsrailin mərkəzində mənzil yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin  bildirdiyinə görə, yanğın raketin parçalarının düşməsi səbəbindən baş verə bilər.
“Times of Israel” əlavə edir: “İsrailin mərkəzində bir mənzildə yanğın baş verib, ehtimal ki, raketin tutulduqdan sonra ona dəyməsi nəticəsində".
Bundan əvvəl İsrail mediası İranın bir neçə raket atması ilə əlaqədar ölkənin mərkəzi hissəsində hava hücumu xəbərdarlığı barədə məlumat vermişdi. Bundan sonra, xüsusən də Tel-Əvivdə bir neçə partlayışın baş verdiyi barədə xəbərlər yayılıb.
İyunun 21-nə keçən gecə İsrail Müdafiə Qüvvələri İrana yeni zərbələr dalğasının başladığını bildirib. İslam Respublikasının mərkəzi hissəsində yerləşən raket anbarları və buraxılış qurğuları hədəf olaraq təyin edilib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər