Bütün xəbərlər
Fabio Selestini ÇSKA futbol klubunun baş məşqçisi oldu
Tarix: 20-06-2025 18:54 | Bölmə: Karusel

İsveçrəli baş məşqçi Fabio Selestini Moskvanın ÇSKA futbol klubu ilə iki illik müqavilə imzalayıb.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun Telegram kanalında məlumat yayılıb.
Qeyd olunur ki, klubun hazırkı məşqçilər korpusuna köməkçi məşqçilər Manel Eksposito, Xavyer Noya, Xose Blesa və Dante Karekçi də qoşulur.
ÇSKA PFK yeni mövsümün hazırlığına İyunun 22-də Novoqorsk bazasında Selestininin rəhbərliyi altında başlayacaq.
Selestinin əvvəlki iş yeri Bazel klubu olub. Ötən mövsüm Fabionun rəhbərlik etdiyi klub 2017-ci ildən bəri əldə olunmayan titulunu komandasına qaytararaq İsveçrə çempionatında qızıl medallar qazanıb.Onun rəhbərliyi altında "Bazel" ölkə kubokunu da qazanıb.
Əvvəllər PFK ÇSKA-nın baş məşqçi postunu Marko Nikoliç icra edirdi. İyunun 14-də onun Yunanıstan AEK-inə keçdiyi məlum olub. Klub müqavilənin müddəti və məşqçinin maaşını açıqlamayıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər