Bütün xəbərlər
SHOT: İran Tel-Əvivin mərkəzindəki birjaya raket zərbəsi endirib
Tarix: 19-06-2025 13:05 | Bölmə: Karusel

İran Təl-Əvivin mərkəzinə raket zərbəsi endirib, nəticədə İsrail birjasının binasına ziyan dəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə SHOT Telegram kanalı İsrail paytaxtına hücumun nəticələrini əks etdirən videoçarx yerləşdirib. Görüntülərdə pəncərələri sınmış bir neçə hündürmərtəbəli bina, nəhəng divar parçaları və binalardan birinin yaxınlığında baş verən yanğın görünür.
"İran Təl-Əvivin mərkəzinə zərbə endirib. Yerli birjanın binası və biznes məhəlləsində yerləşən bir sıra digər binalar zədələnib", - nəşr yazır.
Bundan əvvəl ölkənin cənubunda - Beerşeba şəhərində yerləşən İsrailin "Soroka" xəstəxanası İranın zərbələrinə məruz qalıb. İRNA daha sonra dəqiqləşdirib ki, hücumun əsas hədəfi İDF-nin C4I komandanlığı və kəşfiyyatının əsas qərargahı və tibb müəssisəsinin yaxınlığında yerləşən Gav Yam texnoloji parkında IDF-nin kəşfiyyat düşərgəsi olub.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər