Bütün xəbərlər
Bir oğlan qısqanclıq zəminində qızı öldürüb
Tarix: 19-06-2025 12:34 | Bölmə: Karusel

Moskva vilayətinin Lyubertsı rayonunda 21 yaşlı oğlan sevgilisini qısqanclıq zəminində boğub və anasının köməyi ilə meyiti Tula vilayətinə aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, mübahisədən sonra oğlan qızı boğub, sonra isə anasından meyitin gizlədilməsi üçün kömək istəyib. Onlar meyiti Tula vilayətinin Yasnoqorsk rayonuna apararaq basdırıblar.
Yaxınları qızın itdiyini bildirdikdən sonra ana cinayətini etiraf edib. Moskva vilayəti prokurorluğunun Telegram kanalı xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər