Bütün xəbərlər
Jurnalist Minqote: "Media ilə görüşdə Putinin İranla bağlı cavabı əsas idi"
Tarix: 19-06-2025 12:28 | Bölmə: Karusel

Beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşdə Rusiya prezidenti Vladimir Putinin İrandakı vəziyyətlə bağlı cavabı əsas olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu fikri RİA Novosti ilə söhbətində Rusiya liderinin media ilə görüşündə də iştirak edən EFE agentliyinin beynəlxalq əlaqələr üzrə direktoru Xose Manuel Sanz Minqote deyib.
Minqote əlavə edib ki, mövqeyin qısalığına baxmayaraq, Putinin Yaxın Şərqdəki münaqişə ilə bağlı cavabları maraqlı olub.
“Yaxın Şərqdəki vəziyyətlə bağlı son xəbərlər nöqteyi-nəzərindən ən önəmlisi onun İran və Rusiyanın bu məsələdə mövqeyi ilə bağlı suallara reaksiyası olub”, - deyə, jurnalist bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “Reuters”in icraçı redaktoru Saymon Robinsonun İranla bağlı sualını cavablandırarkən demişdi ki, İran cəmiyyəti ölkə rəhbərliyi ətrafında möhkəmlənib. O qeyd edib ki, Tehran Rusiyadan silah tədarükü tələb etmir və ölkələr arasında strateji tərəfdaşlıq sazişində müdafiə sahəsində əməkdaşlığa dair bənd yoxdur.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər