Bütün xəbərlər
"Zenit" 35 yaşlı Eroxinlə müqavilənin uzadıldığını açıqlayıb
Tarix: 19-06-2025 11:46 | Bölmə: Karusel

"Zenit" futbol klubu yarımmüdafiəçi Aleksandr Eroxinlə müqavilənin müddətini uzaddığını rəsmi saytında açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “göy-ağ-göylər”in 35 yaşlı idmançı ilə yeni anlaşması 2025/26 mövsümünün sonuna kimi hesablanıb. Klub yarımmüdafiəçini yeni müqavilə münasibəti ilə təbrik edib və ona “Zenit”lə mümkün qədər xoş anlar arzulayıb.
Eroxin 2017-ci ilin yayında Rostovdan köçərək "Zenit"in oyunçusu oldu. Sankt-Peterburq komandasının tərkibində Aleksandr bütün turnirlərdə 251 oyunda iştirak edib, 42 qol vurub və 20 məhsuldar ötürmə verib. Onun Rusiya millisində də 32 matçı və 4 qolu var.
Daha əvvəl məlum olmuşdu ki, “mavi-ağ-göylər” qapıçı Mixail Kerjakov və idarə heyəti sədrinin idman inkişafı üzrə müavini Andrey Arşavinlə müqaviləni uzadıb.



Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər