Bütün xəbərlər
Tramp İrana son ultimatum verir
Tarix: 18-06-2025 20:13 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Tramp İranın qeyd-şərtsiz təslim olması tələbinə aydınlıq gətirib və bunu “son ultimatum” adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri Ağ Evin yaxınlığında keçirilən tədbirdə jurnalistlərlə söhbəti zamanı bir daha ABŞ-ın İran hava məkanında tam hökmranlığına diqqət çəkib.
"Siz bunu deyə bilərsiniz. Hətta deyə bilərsiniz: son ultimatum", - Tramp media nümayəndələrinin tələblərinin mahiyyəti ilə bağlı sualını cavablandırarkən deyib.
Ağ Ev rəhbəri dünən İranın qeyd-şərtsiz təslim olmasına çağırışını şərh edib.
"Bunlar sadəcə iki çox sadə sözdür - qeyd-şərtsiz təslim. Bu o deməkdir ki: "Bəsdirdim, təslim oldum, daha heç nə olmayacaq" deyə, izah etdi.
Onun sözlərinə görə, bu, İranın bundan sonra müqavimət göstərməkdən tamamilə imtina etməsi deməkdir.
Tramp həmçinin xəbərdarlıq edib ki, ultimatum qəbul edilməzsə, ABŞ İranın bütün nüvə obyektlərini məhv etməyə hazırdır. O, qarşıdan gələn həftənin bölgə üçün dönüş nöqtəsi ola biləcəyinə eyham vuraraq, Yaxın Şərqdə çoxlu pis hadisələrin baş verə biləcəyini qeyd edib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər