Bütün xəbərlər
Uşaqlı ailə məişət qazının partlaması nəticəsində xəsarət alıb
Tarix: 18-06-2025 17:56 | Bölmə: Karusel

Kabardin-Balkar Respublikasının Arqudan kəndində məişət qazının partlaması nəticəsində azyaşlı uşaqları olan ailə xəsarət alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Respublika Prokurorluğundan verilən məlumata görə, faktla bağlı araşdırmalara başlanılıb.
İlkin məlumata görə, iyunun 18-də Leskenski rayonunun Arqudan kənd qəsəbəsində fərdi evdə məişət qazı balonu partlayıb.
"Nəticədə evdə yaşayan ailə üzvləri xəsarət alıb. Xəsarət alanlar arasında azyaşlılar da olub", - deyə, nəzarət qurumu məlumat yayıb.
Yaralılar Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Bir uşaq Uşaq Kliniki Tibbi Mərkəzinə yerləşdirilib, Kabardin-Balkar Səhiyyə Nazirliyi TASS-a aydınlıq gətirib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər