Bütün xəbərlər
Rusiyanın keçmiş prezidenti Yeltsinin qızı Kanadanın sanksiyalar siyahısına daxil edilib
Tarix: 17-06-2025 23:12 | Bölmə: Karusel

Kanada Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin qızını Rusiya əleyhinə sanksiyalara məruz qalan şəxslər siyahısına əlavə edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  sənəd Kanada hökumətinin saytında dərc olunub.
Sənədlər göstərir ki, məhdudlaşdırıcı tədbirlər indi Dyaçenko soyadı ilə tanınan Yumaşeva Tatyana Borisovna və əri Yumaşev Valentin Borisoviçə də şamil edilir.
Sanksiyalar arasında Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Aleksandrovna, onun hazırkı əri və Rusiya liderinin uzaq qohumları da var.
Kanada G7 sammitindən sonra Rusiyaya qarşı sanksiyaların genişləndirildiyini açıqlayıb. 77 fiziki şəxs və 39 təşkilata, habelə Rusiya ilə əlaqəli olduğu iddia edilən 1000-ə yaxın yeni malın və 201 gəminin ticarətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər