Bütün xəbərlər
Britaniya Rusiya ilə əlaqəsi olduğu iddia edilən 6 şirkət və 20 gəmiyə qarşı sanksiya tətbiq edib
Tarix: 17-06-2025 17:32 | Bölmə: Karusel

Böyük Britaniya Rusiya ilə əlaqəsi olduğu iddia edilən 4 fiziki şəxs, 6 şirkət və 20 gəmi əlavə edərək, Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunan sənəddə deyilir.
Xüsusilə Rusiya Müdafiə Nazirliyinin Dərin Dənizlərin Tədqiqi Baş İdarəsinə qarşı sanksiyalar tətbiq edilib.
"Anti-Rusiya sanksiyaları rejimi çərçivəsində 10 yeni mövqe və 20 yeni gəmi təyinatı əlavə edilib", - sənəddə deyilir.
Bundan başqa, Britaniya “Rosneft Marine UK Limited” və “Metallurq” kredit təşkilatını, habelə onun direktoru Yuri Karasevi sanksiyalar siyahısına daxil edib.
Daha əvvəl bildirilmişdi ki, London Rusiyanın “Soglasie” sığorta şirkəti və 101 gəmisini daxil etməklə Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər