Bütün xəbərlər
Təyyarənin göyərtəsində smartfon yanıb
Tarix: 17-06-2025 17:21 | Bölmə: Karusel

İrkutskdan Moskvaya uçan təyyarənin göyərtəsində smartfon yanıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  qadcet tez bir zamanda söndürülüb, sərnişinlərdən və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.
Hadisə Ural Hava Yollarına məxsus təyyarədə baş verib. "Maş" Telegram kanalının məlumatına görə, yeni "Realme 14 Pro" qəfildən yanmağa başlayıb.Sahibi onu yerə atıb və hadisə şahidləri üzərinə su tökməyə başlayıb. Daha sonra stüardessalar təhlükəli qadceti götürərək xüsusi konteynerə yerləşdiriblər.
Salonun havalandırması söndürülməli, sərnişinlər tüstüdən nəfəs almamaq üçün başlarını aşağı əyməli idilər. Hamilə qadın tüstüdən uzaqda başqa yerə köçürülüb.
Təyyarə qrafikə uyğun olaraq Domodedovoda təhlükəsiz eniş edib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər