Bütün xəbərlər
Putin İsrailin baş naziri Netanyahu ilə telefon danışığı aparıb
Tarix: 13-06-2025 22:12 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu və İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin məlumatına görə, telefon danışıqları “İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində vəziyyətin təhlükəli gərginləşməsi fonunda” aparılıb.
"Vladimir Putin vurğulayıb ki, Rusiya İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan hərəkətlərini pisləyir", - Kremlin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, Moskva həmişə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin sülh yolu ilə həllinin tərəfdarı olub və qarşılıqlı faydalı razılaşmaların tapılması üçün konkret təkliflər irəli sürüb. Kreml həmçinin bildirib ki, Rusiya İran və İsrail arasında münaqişənin həllinə töhfə verməyə davam edəcək.
Netanyahu ilə söhbətdə danışıqlar prosesinə qayıtmağın və İranın nüvə proqramı ilə bağlı bütün məsələlərin siyasi və diplomatik yollarla həllinin vacibliyi vurğulanıb. Bundan əlavə, Putin vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu bildirib.
Mesajda Rusiyanın İran və İsrail rəhbərliyi ilə sıx təmaslarını davam etdirəcəyi ilə yekun vurulur.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə “Yüksələn Aslan” əməliyyatı çərçivəsində İrana hücum edib. Zərbələr İranın nüvə proqramı ilə bağlı hədəflərə və obyektlərə endirilib. Nəticədə İslam Respublikasının bir neçə yüksək rütbəli hərbçisi və bir sıra nüvə fizikləri həlak olub. İran İsrailin hərəkətlərini cavabsız qoymayacağına söz verib.




Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər