Bütün xəbərlər
Mədəndə bir nəfər dağıntılar altından çıxarılıb, bir nəfər ölüb
Tarix: 12-06-2025 10:02 | Bölmə: Karusel

Ötən gecə qayaların uçduğu Sarılax mədənində bir nəfər dağıntılar altından çıxarılıb, bir nəfər ölüb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təmizləmə işləri zamanı çökmə baş verib.
Yaralı Oymyakon rayon xəstəxanasına yerləşdirilib, həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.
Hadisə yerində 25 şaxtaçı olub. İki mütəxəssis dağıntılar altında qalıb, onların qəza çıxışları kəsilib. Bu barədə Rusiya Federasiyasının Saxa Respublikası (Yakutiya) üzrə İstintaq Komitəsi Telegram kanalında məlumat yayıb.
Hadisənin səbəblərinin müəyyən edilməsi üçün mədəndə işlər dayandırılıb, tüstü və toz yoxdur.
Hadisə yerində 17 nəfər və 3 texnika çalışır. Mütəxəssislər çökmənin səbəbini müəyyənləşdirirlər.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər