Bütün xəbərlər
Qazaxıstan Prezidenti Tokayev Putini Rusiya Günü münasibətilə təbrik edib
Tarix: 12-06-2025 09:56 | Bölmə: Karusel

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinə milli bayram – Rusiya Günü münasibətilə təbrik ünvanlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Tokayev təbrik teleqramında Qazaxıstan və Rusiya arasında strateji tərəfdaşlıq ruhuna uyğun gələn münasibətlərin yüksək səviyyəsini qeyd edib.
“Ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhuna tam uyğun gələn dostluq və mehriban qonşuluq münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirəm”, - teleqramda deyilir.
Tokayev Vladimir Putinə Rusiyanın rifahı və firavanlığı naminə məsul dövlət fəaliyyətində gələcək uğurlar arzulayıb.
Rusiya Günü hər il iyunun 12-də qeyd olunur. Bir gün əvvəl KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In Rusiya Günü münasibətilə Vladimir Putinə təbrik göndərib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər