Bütün xəbərlər
Vuçiç Ukrayna-Cənub-Şərqi Avropa sammitinin bəyannaməsini imzalamaqdan imtina etdi
Tarix: 11-06-2025 23:31 | Bölmə: Karusel

Serbiya prezidenti Aleksandr Vuçiç jurnalistlərə açıqlamasında Odessada baş tutan Ukrayna-Cənub-Şərqi Avropa sammitinin yekun bəyannaməsini imzalamadığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Le Monde”nin yazdığına görə , Vuçiç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləyən sənədi imzalamayıb.
Serbiya prezidenti jurnalistlərə deyib: “Mən dördüncü dəfədir ki, Cənub-Şərqi Avropa və Ukrayna sammitində iştirak edirəm və bəyannaməni dəstəkləməyən yeganə şəxs mənəm”.
Vuçiç sammitdən əvvəl Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə görüşüb. O, onu dialoqu gücləndirməyə və tezliklə sülhə nail olmağa çağırıb. Liderlər həmçinin ölkələr arasında geosiyasi vəziyyəti, iqtisadiyyatı və əməkdaşlığı müzakirə ediblər. Vuçiç Ukraynanın regionlarından birinin və ya bir-iki şəhərinin bərpasına köməklik təklif edib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər