Bütün xəbərlər
Turizm agentliyinin rəhbəri 78 milyon rublu mənimsəməkdə şübhəli bilinir
Tarix: 10-06-2025 18:50 | Bölmə: Karusel

Kabardin-Balkarda turizm agentliyinin rəhbərinə qarşı cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, ekoparkın yaradılması üçün ayrılmış 78 milyon rublu mənimsəməkdə şübhəli bilinir.
Polisin məlumatına görə, 53 yaşlı kişi Çerekski rayonunda ekoparkın yaradılması ilə bağlı biznes plan və subsidiyaların verilməsi üçün müvafiq nazirliyə ərizə göndərib. Sahibkarın bank hesablarına büdcə vəsaiti köçürülüb, lakin o, parkın yaradılması ilə bağlı öhdəliyini yerinə yetirməyib, pula öz istəyi ilə sərəncam verib.
İş adamına qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açılıb, maddənin sanksiyasında 10 ilədək həbs nəzərdə tutulub. Regional Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şübhəli şəxs saxlanılıb.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər