Bütün xəbərlər
Bir nəfərin öldüyü gəmidə baş verən yanğın tamamilə söndürülüb
Tarix: 10-06-2025 11:31 | Bölmə: Karusel

Vladivostokda 1 nəfərin öldüyü balıqçı gəmisində baş verən yanğın tam söndürülüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xilasedicilər yanan gəmidən 24 nəfəri təxliyə ediblər.
Zolotoy Roq körfəzindəki estakada dayanmış “Şərq kəşfiyyatçısı” gəmisində baş verən yanğın tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsi Telegram kanalında məlumat yayıb.
İdarədən verilən məlumata görə, alov yeməkxanada baş verən yanğın nəticəsində yayılıb.
Hazırda balıqçı gəmisi “Dalzavod” gəmi təmiri zavodunun estakadasına bağlanıb.
Müstəntiqlər "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə cinayət işi açıb.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər