Bütün xəbərlər
Rusiya hava limanlarında müvəqqəti uçuş məhdudiyyətləri aradan qaldırılıb
Tarix: 10-06-2025 10:51 | Bölmə: Karusel

İjevsk, Kazan, Kirov və Nijnekamsk hava limanlarında əvvəllər tətbiq edilən təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rosaviasiya öz Telegram kanalında məlumat yayıb.
İjevsk, Kazan, Kirov (Pobedilovo) və Nijnekamsk (Beqişevo) hava limanları normal rejimdə işləyir.
Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər