Bütün xəbərlər
Beş yaşlı qızını öldürən ifadə verməkdən imtina edib
Tarix: 09-06-2025 19:55 | Bölmə: Karusel

Məhkəmə öz qızını öldürməkdə təqsirləndirilən Moskva vilayətinin Voskresensk şəhərinin 40 yaşlı sakini barəsində həbs-qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rayon Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, istintaqda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. O, ən azı bu il avqustun 8-dək istintaq təcridxanasında saxlanılacaq.
"O, təqsirini tam etiraf edib və ifadə verməkdən imtina edib", - idarənin bəyanatında deyilir.
Xatırladaq ki, iyunun 8-də səhər saatlarında Voskresensk şəhərinin Raboçaya küçəsindəki mənzildə zorakılıqla ölüm əlamətləri olan beş yaşlı qızın meyiti tapılmışdı.
Bu, uşağın anası öz uşağını öldürdüyü barədə polisə məlumat verdikdən sonra baş verib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər