Bütün xəbərlər
2500 miqrantı leqallaşdıran keçmiş polislər məhkəmə qarşısına çıxarılacaq
Tarix: 09-06-2025 19:52 | Bölmə: Karusel

Moskvada iki keçmiş polis əməkdaşına qarşı cinayət işi başa çatıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar qanunsuz miqrasiyanın təşkilində, vəzifə səlahiyyətlərindən sui-istifadədə və rüşvətxorluqda ittiham olunurlar.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2022-ci ilin fevralından iyul ayına kimi xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyada qanunsuz qalmasını təşkil ediblər.
“Müttəhimlər 2425 əcnəbi vətəndaşın olduqları yer üzrə faktiki olaraq qeyd olunan ünvanlarda yerləşməyən müxtəlif hüquqi şəxslərin adından qondarma miqrasiya qeydiyyatını aparıblar”, - İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Müttəhimlər xidmətlərinə görə 6 milyon rubldan çox rüşvət alıblar.
Məhkəmə təqsirləndirilən şəxslərin ümumilikdə 7,5 milyon rubldan çox əmlakına həbs qoyub. Cinayət işi ittiham aktının təsdiq edilməsi və daha sonra məhkəməyə göndərilməsi üçün göndərilib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər