Bütün xəbərlər
İtkin düşən 11 yaşlı oğlan axtarılır
Tarix: 09-06-2025 10:00 | Bölmə: Karusel

Polis əməkdaşları Orsk şəhərində itkin düşən 11 yaşlı uşağı axtarır. Uşaq iyunun 8-də evdən çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şəhər polis şöbəsinə yerli sakin 11 yaşlı oğlunun itkin düşməsi ilə bağlı ərizə ilə müraciət edib. Bu barədə regional Daxili İşlər Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
"Uşaq 2025-ci il iyunun 8-də axşam saatlarında evdən çıxıb və bu günə kimi geri qayıtmayıb", - idarədən bildirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları oğlanın yerini bilən vətəndaşlardan bu barədə polisə məlumat vermələrini xahiş ediblər.
İtkin düşən şəxsin boyu təxminən 155 sm, gözləri qəhvəyi, saçları açıq qəhvəyi, sağ ayağının baldırında doğum ləkəsi var. Oğlanın əynində ağ papaq, qara köynək, üzərində yazılar olan enli qara cins şalvar, idman ayaqqabısı vardı.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər