Bütün xəbərlər
Ali Müfti Tacuddin ailəni bütün ölkələrin və xalqların təməli adlandırıb
Tarix: 06-06-2025 19:38 | Bölmə: Karusel

Ailə dünyanın bütün ölkələrinin və dövlətlərinin təşkil olunduğu əsas vahiddir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu “Rossiya” telekanalının efirində Müsəlmanların Mərkəzi Ruhani İdarəsinin (MƏMİ) sədri Talqat Tacuddin deyib.
Ali Müfti Ufa “Lyalya-Tyulpan” kafedral məscidində Qurban bayramı şərəfinə xütbə oxuyub. O, ailənin rolunun və ənənəvi dəyərlərin gücləndirilməsinin vacibliyini xüsusi vurğulamışdır.
"Hər kəs Allahın yer üzündə canişinidir. Bütün cəmiyyətin vahidi isə ailədir. Bu, üçbucaqdır: ata, ana, övlad. Bu, bütün ölkələrin və xalqların, bütün dövlətlərin təməlidir. Əgər möhkəmlənməsə, onda dövlət də olmayacaq", - Tacuddin bildirib.
2025-ci ildə Qurban bayramının qeyd edilməsi iyunun 6-dan 10-dək davam edəcək.Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını bayram münasibətilə təbrik edib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər