Bütün xəbərlər
Özbəkistan milli futbol komandası tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək
Tarix: 05-06-2025 23:28 | Bölmə: Karusel

Futbol üzrə Özbəkistan milli komandası tarixində ilk dəfə 2026-cı il dünya çempionatının final mərhələsində iştirak edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Asiya seçmə turnirinin üçüncü mərhələsinin IX turunun matçında Özbəkistan futbolçuları BƏƏ millisi ilə heç-heçə oynayıblar - 0:0. Qarşılaşma Əbu-Dabidə baş tutub.
18 xalla Özbəkistan A qrupunda ikinci yerdədir.Təsnifat turnirinin başa çatmasına bir tur qalmış Timur Kipadzenin komandası BƏƏ-ni (14 xal) onlara yetişmək üçün riyazi şansdan məhrum edərək, dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Hələ mart ayında dünya çempionatına vaxtından əvvəl vəsiqə qazanan İran (20) qrupa başçılıq edir.
Futbol üzrə dünya çempionatının final hissəsi 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Daha əvvəl Rusiya millisinin baş məşqçisi Valeri Karpin bəyan etmişdi ki, Rusiya millisinin turnirdə iştirak etmək imkanı ABŞ prezidenti Donald Trampın şəxsi qərarından asılıdır.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər