Bütün xəbərlər
Uşağı vuran polis şərti cəza alıb
Tarix: 05-06-2025 14:01 | Bölmə: Karusel

Altayda yolu keçən uşağı vuran polisə hökm oxunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Aktaş-Ulaqan-Balıqtuyul avtomobil yolunun 52-ci kilometrliyində qeydə alınıb. 10 yaşlı uşaq ağır bədən xəsarətləri alıb, hüquq-mühafizə orqanının əməkdaşı isə hadisə yerindən qaçıb.
Rusiya Federasiyasının Altay Respublikası üzrə İstintaq Komitəsi xəbər verir ki, məhkəmə həmin şəxsi ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaqla yol hərəkəti qaydalarını pozma maddəsi ilə təqsirli bilib və 4 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər