Bütün xəbərlər
Yanan çoxmərtəbəli binadan 30 sakin xilas edilib, bir nəfər ölüb
Tarix: 05-06-2025 13:40 | Bölmə: Karusel

Luqanskda yaşayış binasında baş verən yanğın zamanı 80 yaşlı kişi ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  yanğın 11-ci mərtəbədəki mənzildə baş verib. Xilasedicilərin koordinasiyalı tədbirləri nəticəsində 30 nəfər binadan tez bir zamanda təxliyə edilib. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsinin Telegram kanalının məlumatına görə, xilas edilənlər arasında 73 yaşlı qadın və dörd uşaq da var.
Fövqəladə hadisə yerində 19 yanğınsöndürən çalışıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.



Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər