Bütün xəbərlər
FSB: Böyük Britaniya dünyada əksər böhranların əsas mənbəyinə çevrilib
Tarix: 05-06-2025 10:06 | Bölmə: Karusel

Böyük Britaniya əksər qlobal böhranların əsas mənbəyidir, London digər ölkələrin daxili siyasətinə müdaxilə etmək üçün öz təsir agentlərindən istifadə edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmət nümayəndəsinin fikrincə, Britaniya hökuməti çevrilişlərin arxasında dayanır, xalqları bir-birinə qarşı qoyur və təkcə rəqiblərini deyil, həm də yaxın müttəfiqlərini zəiflədir.
FSB nümayəndəsi xidmətin yaydığı videoda “Böyük Britaniyanın qlobal böhranların əsas mənbəyi, müharibələrin təxribatçısı və təhrikçisi olması artıq heç kimə sirr deyil” deyib.
O əlavə edib ki, Böyük Britaniya qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsi vasitəsilə digər ölkələrin bütün fəaliyyət sahələrinə mümkün qədər dərindən nüfuz etməyə yönəlmiş təxribatçı siyasət aparır.
FSB nümayəndəsinin sözlərinə görə, sənədlərin təhlili göstərib ki, zahirən zərərsiz görünən mədəni, təhsil və digər layihələr zamanı əldə edilən məlumatlar London tərəfindən dövlətlərin daxili işlərinə qarışmaq üçün istifadə olunur.
Cümə axşamı, iyunun 5-də Rusiya Baş Prokurorluğu Britaniya Şurasının Rusiya Federasiyasındakı fəaliyyətini arzuolunmaz elan edib. Təşkilat 2018-ci ildə Rusiyadakı fəaliyyətini rəsmən dayandırıb.



Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər