Bütün xəbərlər
Böyük balıq fabriki yanğından sonra fəaliyyətini bərpa edə bilməyib
Tarix: 03-06-2025 07:19 | Bölmə: Karusel

Sənaye binasında baş verən yanğın nəticəsində Kamçatka diyarının Ust-Bolşeretski rayonundakı Oktyabrski Balıq Zavodu fəaliyyətini dayandırıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional Balıqçılıq Nazirliyi məlumat yayıb.
Fövqəladə hadisə bazar günü axşam saatlarında baş verib. Yanğın 400 kvadratmetr ərazini əhatə edib. Yanğını yalnız bazar ertəsi səhərə qədər söndürmək mümkün olub.
"Zavod sıradan çıxıb və bu il balıq ovu mövsümündə işləməyəcək", - nazirliyin açıqlamasında bildirilir.
Kamçatka diyarı hökuməti müəssisəyə yardım təklif etsə də, sahibi indiyədək dəstəkdən imtina edib.
Qızıl balıq mövsümü Kamçatkada iyunun 1-də Ust-Kamçatski və Aleutski rayonlarından başlayıb. Yarımadanın qərbində qırmızı balıq daha sonra tutulacaq.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər
31-05-2025, 15:52 İqor Muravyov vəfat edib