Bütün xəbərlər
"Maş": Aerodroma hücumda şübhəli axtarılır
Tarix: 02-06-2025 15:22 | Bölmə: Karusel

Hüquq-mühafizə orqanları Donetskdən olan 37 yaşlı Artem Timofeyevi axtarışa verib, o, Belaya hərbi aerodromuna pilotsuz təyyarə ilə hücumda iştirak edə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin Ust-Kutski rayonunun administrasiyası məlumat yayıb.
"Hüquq-mühafizə orqanları 1 dekabr 1987-ci il təvəllüdlü, Donetsk əsilli,Timofeyev Artem Valerieviçi axtarır. Onun 2025-ci il iyunun 1-də Belaya hərbi aerodromuna pilotsuz uçuş aparatları tərəfindən edilən hücumda əli ola bilər", - rəsmi məlumatda deyilir.
"Maş"ın məlumatına görə, şübhəli 2021-ci ildə istehsal müəssisələri Uralda yerləşən ARS Group şirkətində işləyib. O, pasportunu Rostov vilayətində alıb. Həmçinin bildirilir ki, həmin şəxs dronları işə salmaq üçün istifadə edilən yük maşınlarına sahib ola bilərdi.
Nəşr, həmçinin Timofeyevin ukraynalı musiqiçiləri fəal şəkildə dəstəklədiyini və yerli geyim markasının ortaq sahibi olduğunu öyrəndi. 2014-cü ildə o, Kiyev "Maydanı"ndan fotolar dərc edib və etirazçıları dəstəkləyib.
Daha əvvəl Usolski rayonunun meri məlumat vermişdi ki, təhlükəsizlik qüvvələri hücumda iştirak edə biləcək iki avtomobil axtarır.Yayımlanan kadrlarda ağ və tünd göy rəngli xarici avtomobil görünsə də, nömrələri ayırd etmək mümkün deyil.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər
31-05-2025, 15:52 İqor Muravyov vəfat edib