Bütün xəbərlər
Hərbi prokurorlar Rusiya regionlarında hərbi obyektlərə hücum səhnələrinə gediblər
Tarix: 01-06-2025 21:06 | Bölmə: Karusel

Rusiya hərbi prokurorları Amur, İvanovo, Ryazan, Murmansk və İrkutsk vilayətlərində insident baş verən ərazilərə gediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baş Hərbi Prokurorluğun saytında verilən məlumata görə, bu qərar Ukrayna pilotsuz təyyarələrinin iyunun 1-də bu bölgələrdəki hərbi obyektlərə hücumları ilə əlaqədar qəbul edilib.
Yerlərdə hərbi prokurorlar nəzarət fəaliyyəti təşkil ediblər.
Ukrayna FPV pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya Federasiyasının yuxarıda qeyd olunan regionlarında hərbi aerodromlara hücum edib.
Müdafiə Nazirliyinin məlumatına görə, Murmansk və İrkutsk vilayətlərində bir neçə təyyarə yanıb.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər